Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əməkdar artist başqa klinikaya köçürüldü- Əməliyyat olunur

  • 2020.02.22 18:03
  • 3404 Baxış
Əməkdar artist başqa klinikaya köçürüldü-  Əməliyyat olunur



Səhhətində ciddi problemlər olan Əməkdar artist Rəhman Rəhmanov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Medicina.az xəbər verir ki, aktyor 2 ağır əməliyyat keçirəcək. Əməliyyatlardan biri mədəaltı vəzidə olacaq.

“Ötən gün vəziyyətim kritik idi. Komaya düşdüm. Koma vəziyyətində təcili olaraq 6 saylı xəstəxanaya yerləşdirildim. Amma bir azdan əməliyyata girəcəyəm. Məni çox ağır iki əməliyyat gözləyir. Biri bu gün, digəri isə çərşənbə axşamı olacaq”.