Həkimlərin əlavə maaşı ilə bağlı qərar verildi

  • 2020.08.19 16:24
  • 2776 Baxış
Həkimlərin əlavə maaşı ilə bağlı qərar verildi

Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarında dəyişiklik edilib.

Medicina.az xəbər verir ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Xatılrladaq ki, qərarda bu müddət 2020-ci il iyulun 1-dək müəyyən olunmuşdu.