Emosional tükənmə və yanma zamanı - Orqanizmin siqnalları

  • 2021.12.21 18:33
  • 3632 Baxış
Emosional tükənmə və yanma zamanı -  Orqanizmin siqnalları
Pandemiya və sosial problemlər, xəstəliklər insanları təkcə fiziki yox, emosional da tükədib.
Tibdə emosional yanma deyilən sindrom var.

İnsan psixoloji olaraq tükənir. Çoxları bunu adi yorğunluqla səhv salır. Amma getdikcə bu yorğunluq başqa simptomlara keçir.

Medicina.az orqanizmin emosional yanma zamanı verdiyi əlamətləri təqdim edir.

Qeyd edək ki, 2 ildir ki, psixoemosinal yanma xəstəliklər siyahısına MKB 11 kodu altında daxil edilib.

Yanma – ekstremal, ən yüksək dərəcədə, xroniki tükənmə, yorulma, bezmə, xroniki stressdir. Bu vəziyyəti əmələ gətirən 3 səbəb var: orqanizmin fiziki yorulması, fasiləsiz iş və ya əksinə uzun müddət işsizlik, şəxsi təhlükəsizlik hissinin pozulması, insanın özünü daim hansısa təhlükədə hiss etməsi.

Bazar ertəsi işə gedib, sürünə-sürünə güclə şənbə bazarı gözləyən adam real olaraq yanmış hesab edilir.

Əgər dincəlmək lazımdır fikrinə elə ilk başdan buna vaxtım yoxdursa deyirsizsə, soz yanma yolundasız.

Kimlər risk altındadır: təcili təxirəsalınmaz yardım işlərində, ciddi məsuliyyətli işlərdə çalışanlar, rəhbər işçilər, aktiv kommunakasion işlərdə çalışanlar, ofis işçiləri, həkimlər, tibb bacıları, sürücülər və s.

Bədən necə siqnal verir:

- Səbəbsiz təşviş
- Yuxunun pozulması
- İçki, narkotik, siqaretə qurşanma
- Çox yemək
- Fiziki problemlər
- Xəstəliklərin artması
- Dünyaya nifrət hissi

Dözü təslim olmamaq və bunun öz-özünə düzələciyini gözləmək mənasızdır, hətta təhlükəlidir.

Emosional yanma orqanizmə çox mənfi təsir edir.

Nəticədə insan ürək, damar, şəkər xəstəsi olur, baş ağrıları, həzm pozulması, əzələ zəifliyi, bədən ağrıları yaranır, hətta 45 yaşından sonra qəfil ölüm riski artır.