Emosional aclıq çəkirsiz – Necə mübarizə aparmalı?

  • 2023.02.27 19:57
  • 1628 Baxış
Emosional aclıq çəkirsiz  – Necə mübarizə aparmalı?

Emosional aclıq mədə aclığına bənzəyir. Emosional aclıq zamanı insan darıxır, stress keçirir, özünü daima yorğun hiss edir, əsəbi olur. Depressiya zamanı yemək yeyirsinizsə, deməli sizdə emosional aclıq hissi baş qaldırıb.


“Medicina” xəbər verir ki, psixoloq Lamiyə Tahirova emosional aclıq barədə bunları deyib.


“Fiziki aclıqla emosional aclığı necə fərqləndirmək olar ? Fiziki aclıq təbii proseslə yavaş –yavaş başlayır. Yediyniz zaman mədəniz dolursa , o dəqiqə yemək prosesini dayandırırsıniz. Amma emosional aclıq birdən- birə başlayır. Mədəniz dolsa belə yeməyi dayanmadan yeyirsiniz.


Həkim qeyd etdi ki, emosional aclıqla mübarizə aparmaq olar. Əgər siz emosional ac olub-olmamağını bilirsinizsə o zaman bu aclıq hissi gələndə bir stəkan su için. Yox əgər bu aclıq keçmirsə, deməli siz fiziki acsınız. Onu da qeyd etdi ki, əgər son yemək yediyniz vaxtdan 3 -4 saat keçibsə, deməli, fiziki ac ola bilərsiniz və bu, normaldır.


Emosional aclıqla mübarizə apaa bilirsinizsə, deməli, siz ertəsi gün yeni bir səhifə açmış olursunuz, özünüzü günahlandırmadan bu problemlə mübarizə aparın”.

Günay Quliyeva