Ən çox kimlər yatır - SİYAHI

  • 2018.03.27 10:33
  • 11984 Baxış
Ən çox kimlər yatır -  SİYAHI
Dünya sosioloqları yeni tədqiqatın nəticələrini açıqlayıblar.

 

Medicina.az ölkə.az-a istinadən xəbər verir ki, yeni tədqiqat sakinləri ən çox yatan ölkələrə aiddir. Məlum olub ki, gündəlik yuxu həyat səviyyəsindən asılıdır.


Alimlər tədqiqat zamanı "Sleep Cycle” tətbiqinin məlumatlarından istifadə ediblər. Bu tətbiq insanların aktivliyini müşahidə edir. Proqramdan bir milyondan çox insan istifadə edir.


Məlum olub ki, ən çox Yeni Zelandiya sakinləri yatır (7 saat 40 dəqiqə).


Niderland, Finlandiya, Avstraliya və Britaniya sakinləri də ilk beşliyə daxil olublar. Onlar gün ərzində 7.5 saatdan bir az çox yatırlar.

 

Rusiyada bu rəqəm 7 saat 10 dəqiqə təşkil edir.


Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı sakinləri sutka ərzində 6.5 saatdan da az yatırlar.


Orta hesabla Yer sakinləri gün ərzində 7 saat 12 dəqiqə yatırlar.


Alimlər həm də müəyyən ediblər ki, kişilər qadınlara nisbətən 20 dəqiqə az yatırlar və yuxuda daha çox sayıqlayırlar.