Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qocalma əleyhinə ən təsirli məhsul - Həkim açıqladı

  • 2025.05.23 09:48
  • 189 Baxış
Qocalma əleyhinə ən təsirli məhsul -   Həkim açıqladı

Yayın yaxınlaşması ilə mütəxəssislər günəş şüalarının dərimizə vurduğu zərərlə bağlı xəbərdarlıqlarını daha tez-tez təkrarlamağa başlayıblar.



Medicina.az bildirir ki, günəş işığına uzun müddət qorunmadan məruz qalma dəri sağlamlığına ciddi və qalıcı ziyan vura bilər.

Dermatoloq Dr. Işıl Kamberoğlu Turan günəşin yaratdığı dəri problemlərinə qarşı ən təsirli müdafiənin günəşdən qoruyucu vasitələr olduğunu vurğulayıb.:

"Günəş şüaları dərinin qocalmasının əsas səbəbidir. Günəş şüaları yer üzünə çatan iki zərərli şüadan ibarətdir: UVA və UVB. Bunlar erkən yaşlanmaya, qırışlara və hətta dəri xərçənginə səbəb ola bilər. Xüsusilə UVA şüaları şüşədən keçmə qabiliyyətinə görə buludlu havalarda belə təsirini davam etdirir".

Dermatoloq UVA şüalarının dəridə "foto yaşlanma" olaraq bilinən zədələnmələrə səbəb olduğunu ifadə edib.



Günəş kremi seçərkən nələrə diqqət etməli olduğuna da toxunan Dr. Turan deyib:

"Etiketdə SPF (UVB qoruyucu) və PA və ya PPD (UVA qoruyucu) ifadələrinin olması çox vacibdir. SPF dəyərləri sizin günəşdən nə qədər qorunacağınızı göstərir. Bundan əlavə, krem ​​suya və tərə davamlı olmalıdır. Çölə çıxmazdan 30 dəqiqə əvvəl çəkilməli və xüsusilə də hər 2 saatdan bir təzələnməlidir.
Günəş insanları qocaldır. Ona görə də yaşlanma əleyhinə ən təsirli vasitə günəş kremidir".



Turan bildirib ki, hər bir dəri növünə uyğun məhsullar dermatoloqun məsləhəti ilə seçilməlidir.

Aygün
Medicina.az