Ən uzunömürlü professordan qidalanma və pəhriz sirləri - Gündə ancaq 100 qram...

  • 2021.11.03 16:35
  • 2867 Baxış
Ən uzunömürlü professordan qidalanma və pəhriz sirləri -  Gündə ancaq 100 qram...
Məşhur ürək cərrahı, professir Fyodor Uqlov 103 il sağlam yaşayaraq, 99 yaşına kimi cərrahi əməliyyatlar etməsi ilə Ginnesə düşüb.


Medicina.az əfsanəvi həkimin qida prinsipləri və tövsiyə etdiyi dieta menyusunu təqdim edir.

O, ağ çörək və şirniyyatdan imtina, yalnız sutkada 100 qr çovdar çörəyi yeməyi tövsiyə edirdi. Hİsə verilmiş məhsullar, kolbasa, duzlu qidalar da olmaz. Çündə az miqdarda, 4 dəfə yemək lazımdır.

Öz dietasını o Şərq pəhrizi adlandırırdı. Bununla aya 3-4 kq rahat çəki atmaq və orqanizmi təmizləmək mümkündür. Saatlara dəqiq əməl edib qidalanmaq şərtdir.

Gündəlik menyu:

Səhər 8:30-9:00- Qara çay və ya natural qəhvə, bir soyutma yumurta, 8 ədəd suda isladılmış qara gavalı
Saat 11:00- su, meyvə

14:00 günorta yeməyi – 200 qram yağsız ət (toyuq, mal əti və s), 100 qram təzə tərəvəz, kələm, kök salatı, 1 ədəd portağal

17:00- 30 qr bərk pendir, alma

20:00 – 250 ml kefir (qatıq), təbii yoqurt

Yeyəndən dərhal sonra yatmaq olmaz, ən azı 2 saat gözləməlisiz.