Ən yaşlı italyan qadın vəfat etdi

  • 2022.05.09 17:00
  • 2072 Baxış
Ən yaşlı italyan qadın vəfat etdi
İtaliyanın ən yaşlı sakini 112 yaşında vəfat edib.


Ancela Tiraboski ad gününü aprelin 19-da qeyd edib. Lakin son günlərdə səhhəti pisləşib.


Qadın dünən gecə yuxuda ikən ürək tutmasından dünyasını dəyişib.


O, zəifliyinə baxmayaraq, hər gün qəzet oxuyur, televiziyada xəbərlərə baxırdı. Onun 70-85 yaşlarında olan dörd övladı var idi.