“Enerji içkilərinin məktəblilərə satılması qadağan edilməlidir”- Professordan həyəcan təbili...

  • 2018.03.28 15:40
  • 10774 Baxış
“Enerji içkilərinin məktəblilərə satılması qadağan edilməlidir”-  Professordan həyəcan təbili...
Səhiyyə Nazirliyi yeni Narkoloji Mərkəzi istifadəyə hazırlayır.


Son zamanlar enerji içkilərindən kütləvi sürətdə insanlar, xüsusən də gənclər istifadə edir. Əslində isə bu içkilərin xeyrindən çox, insan səhhətinə zərrəri var. Ekspertlər isə həyəcan təbili çalır: bu içkilərdən istifadə etmək ürək fəaliyyətinə birbaşa mənfi təsir edir. 


Medicina.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Moderator.az -a açıqlamasında deyib ki, enerji içkiləri insan orqanizmində ürək çatışmazlığına gətirib çıxarır və bunun da sonu ölüm deməkdir:


"Ümumiyyətlə energetik içkilərlə bağlı məsələ bu gün Azərbaycanda çox ciddi problemdir. Bundan sağa-sola istifadə edirlər. Bu içkilərin tərkibində olan maddələr və sui-istifadə halları əlbəttə çox neqativ nəticələrə gətirib çıxara bilər. Energetik içkilərin tərkibində olan kafein və teofilin maddələri ürək fəaliyyətini gücləndirir və orqanizmi stimulyasiya  edir. Bu effekt isə müvəqqəti bir effekdir. Əslində gün ərzində bir neçə dəfə bu içkilərdən istifadə etmək ürəyə əlavə yükdür.  Yəni ürək döyünmələrinin sayını artırır və ürəyi yorur. Ürək əzələsi tam ömrü boyu dayanmayan bir əzələdir. Bu əzələni əlavə bir yük altına salmaq və əlavə problemlər yaratmaq yolverilməzdir. Enerji içkiləri insanda ürək çatışmazlığına gətirib çıxarır və bunun da sonu ölüm deməkdir. Bu məsələ nəzərə alınmalıdır. 


Professor qeyd edib ki, enerji içkilərinin məktəblilərə satılması qadağan edilməlidir:


"Ən dəhşətlisi odur ki, bu içkilər orta məktəb şagirdlərinə də satılır. Məktəblərin yanında olan bufetlərdən şagirdlər enerji içkiləri alıb içirlər. Bu ciddi məsələdir. Orta məktəb şagirdlərinə belə içkilərin satılması qadağan edilməlidir. Getdikcə belə içkilər insan orqanizmində asılılıq yaradır. İnsan bundan qəbul etməyəndə, özünü yorğun hiss edir”.