"Epidemioloji vəziyyəti müsbət dəyərləndirirəm” - Baş infeksionist

  • 2021.09.15 15:14
  • 853 Baxış
"Epidemioloji vəziyyəti müsbət dəyərləndirirəm” -  Baş infeksionist
“Birmənalı olaraq epidemioloji vəziyyəti müsbət dəyərləndirirəm”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, yoluxma sayında azalma müşahidə olunur:

“Sağalan insanların sayı yeni yoluxanları üstələyib. Bu, xəstəxana yükünün azlamasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.