Əri tərəfindən əli kəsilən qadına bionik əl qoyuldu – İş görə biləcək

  • 2018.03.27 16:31
  • 20063 Baxış
Əri tərəfindən əli kəsilən qadına bionik əl qoyuldu –  İş görə biləcək
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Moskvada baş vermiş dəhşətli cinayətdə ər arvadı 26 yaşlı Marqarita Qraçevanı meşəyə aparıb döyərək, hər iki əlini biləkdən balta ilə kəsmişdi.

 

Daha sonra onu avtomobillə xəstəxana qapısına atmışdı. Həkimlər xəstənin sol əlini yerinə tikməyi bacardılar. Amma sağ əli qaytarmaq mümkün olmadı. Artıq Marqarita xəstəxanadan evinə qayıdıb. Ona Almaniyada bionik bilək qoyulub.

 

Marqaritanın 2 belə protezi var: biri daha funksional və çətin işləri görmək üçün, digəri isə estetik. Bundan sonra gənc qadın reabilitasiya kursu keçəcək. Həkimlərin vədinə görə, o bu əli ilə ev işlərini görə biləcək. 

 


Əri tərəfindən əli kəsilən qadına bionik əl qoyuldu –  İş görə biləcək