Yay mövsümündə yetişən şirin və ətirli əriklərdən hazırlanan piroq sadə resepti və gözəl dadı ilə süfrələrin sevimlisinə çevrilir.
Medicina.az xəbər verir ki, yumşaq xəmir və şirəli əriklərin ahəngi bu desertə həm yüngül, həm də xoş meyvə dadı verir. Hazırlanması asan olan ərikli piroq çay süfrəsi üçün ideal seçimdir.
Ərqli piroq üçün lazım olanlar:
* 300–400 q ərik
* 2 yumurta
* 100 q şəkər
* 100 q un
* 100 q kərə yağı
* 1 çay qaşığı qabartma tozu
* Vanil (istəyə görə)
Hazırlanması:
Yumurta və şəkər çalınır, üzərinə əridilmiş kərə yağı, un və qabartma tozu əlavə edilərək xəmir hazırlanır. Əriklər doğranaraq xəmirin üzərinə düzülür. Piroq əvvəlcədən qızdırılmış sobada qızılı rəng alanadək bişirilir.
Xanım,
Medicina.az