Ağız boşluğu insan orqanizmində ən çox mikroorqanizm yaşayan sahələrdən biridir. Burada yüzlərlə bakteriya növü mövcuddur və onların bir qismi diş çürüməsinə – yəni kariyesə səbəb olur.
Bəs sual yaranır: bir insanın dişində kariyes varsa, bu digərinə keçə bilərmi?
Medicina.az xəbər verir ki, tibbi baxımdan kariyes birbaşa “xəstəlik kimi” yoluxucu sayılmasa da, ona səbəb olan bakteriyalar ağızdan ağıza keçə bilər.
Ən çox rast gəlinən bakteriya:
Streptococcus mutans
Bu bakteriya:
tüpürcək vasitəsilə
öpüş zamanı
eyni qab-qacaq və ya qaşıq istifadə etdikdə digər insana keçə bilər.
Kimlər daha risk altındadır?
Ağız gigiyenası zəif olanlar
İmmuniteti aşağı olanlar
Uşaqlar (xüsusilə valideyndən keçə bilər)
Əgər qadının ağız baxımı zəifdirsə, partnyordan keçən bakteriyalar daha tez aktivləşə bilər və kariyes yarada bilər.
Ağız mikrobu mədəyə təsir edirmi?
Ağız boşluğundakı bakteriyalar yalnız dişlə məhdudlaşmır. Onlar:
udularaq mədəyə keçə bilər
bağırsaq florasına təsir edə bilər.
Bəzi hallarda:
mədə problemləri
həzm pozğunluğu
ilə əlaqəli ola bilər.
Xüsusilə Helicobacter pylori bakteriyası həm ağızda, həm də mədədə mövcud ola bilir.
Necə qorunmaq olar?
✔ Gündə 2 dəfə dişləri düzgün fırçalamaq
✔ Diş ipindən istifadə
✔ Müntəzəm stomatoloq müayinəsi
✔ Partnyorda kariyes varsa, müalicəni gecikdirməmək
✔ Eyni qaşıq, diş fırçası istifadə etməmək
Çox adamla öpüşməmək
Aygün M.
Medicina.az\