Erkən keçəlləşən kişilər ürək xəstəliyinə meylli ola bilərlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ailəsində ürək xəstəliyi və erkən saç tökülməsi olan kişilər xüsusilə diqqətli olmalıdırlar.
“Medicina” xəbər verir ki, Tokio Universiteti mütəxəssisləri təxminən 37.000 nəfərdən məlumatları təhlil edib.
Onlar androgenetik alopesiyası olan kişilərdə koronar ürək xəstəliyi riskinin artdığını və ən ağır keçəlləşmə hallarında riskin 48% olduğunu aşkar etmişlər. Ümumi alopesiya ilə yanaşı geriləyən saç xətti yaşayan kişilərdə koroner ürək xəstəliyi riski 69% daha yüksək idi.
Tədqiqatçılar erkən saç tökülməsinin qan dövranı problemlərini göstərə biləcəyini irəli sürüb ki, bu da öz növbəsində ürək xəstəliyi ilə sıx bağlıdır. Bundan əlavə, kişilərdə koronar ürək xəstəliyinə meyl insulin dirənci, diabet, xroniki iltihab və ya kişi hormonlarına qarşı həssaslıqla əlaqəli ola bilər. Alimlərin fikrincə, ürək xəstəliyi riski xüsusilə vaxtından əvvəl keçəlləşmə yaşayan və ailəsində ürək-damar xəstəliyi tarixçəsi olan kişilərdə yüksəkdir.
Aygün Musayeva