Daha 29 erməni koronavirusdan öldü

  • 2020.11.10 11:14
  • 41718 Baxış
Daha 29 erməni koronavirusdan öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 221 yoluxma halı qeydə alınıb.

"Sputnik Armenia"ya xəbər verir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 108 687 nəfərə çatıb.

Son 24 saatda 29 nəfər koronavirusdan vəfat edib ki, bununla da ölkədə virusdan ölənlərin ümumi sayı 1 609-a yüksəlib.

66 835 nəfər xəstəlikdən sağalıb, 39 831 nəfərin müalicəsi davam edir.