Ermənistanda donuz qripindən ölənlər var

  • 2023.01.04 16:48
  • 3110 Baxış
Ermənistanda donuz qripindən ölənlər var



Ermənistandam "donuz qripi"ndən (H1N1) iki nəfər ölüb.

"Medicina" xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin müdiri Romela Abovyan rəsmi məlumat verib.


Onun sözlərinə görə, hər iki xəstənin 35 yaşı olub, onlardan biri yanaşı xəstəlikdən - piylənmədən əziyyət çəkib.

"Hazırda 209 xəstə pnevmoniya diaqnozu ilə xəstəxanalara yerləşdirilib ki, onlardan 127-si uşaqdır. Reanimasiya şöbələrində 55 nəfər var, onlardan 47-si uşaqdır. Daha 584 SARS xəstəsi respublikanın müxtəlif xəstəxanalarına yerləşdirilib, onların 96%-i uşaqdır”.

Qeyd edək ki, bu virus kovidin Omikron ştammından da ağır keçir.