Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

  • 2020.03.29 10:13
  • 4084 Baxış
Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
Ermənistanda koronavirusdan daha iki nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanda koronavirusla bağlı yaradılan vahid informasiya mərkəzi yayıb.

Ölənlərin 55 yaşlı qadın və 73 yaşlı kişi olduğu vurğulanıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, bu vaxta qədər Ermənistanda 407 nəfər koronaya yoluxub.