Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əsəbdən, stresdən dəri xəstəlikləri yaranır- Professor

  • 2025.08.02 19:11
  • 80 Baxış
 Əsəbdən, stresdən dəri xəstəlikləri yaranır -   Professor


Təxminən 2500 dəri xəstəliyi növü var. Bunların əksəriyyətinin genezində, təsnifatında səbəblərdən biri kimi psixoloji, sinir faktorları qeyd olunub.


“Medicina” xəbər verir ki, bu barədə professor Zülfüqar Fərəcov danışıb.
“Sinir faktoru daha çox neyrodermit, ekzema, atopik dermatit xəstəliklərində üstünlük təşkil edir.

Xəstələri müayinə edəndə görürük ki, mərkəzi sinir sistemində, eyni zamanda vegetativ, simpatik sinir sistemi prosesə cəlb olunur.

Müəyyən olunub ki, qaşınmanın kökü sinir faktoru fonundadır. Biz həkimlər əgər qaşınmanı aradan götürsək, çox xəstəlikləri asanlıqla sağaldarıq.

Bəzi xəstələr dərini qaşıyır, yerindən qan çıxır, bu da onları sakitləşdirir”.


Aygün Musayeva