Əsəbləşəndə söymək ürək üçün faydalıdır

  • 2022.11.10 22:52
  • 1100 Baxış
Əsəbləşəndə söymək ürək üçün faydalıdır

Söyüş söymək neqativ qarşılansa da, həkimlər stress vəziyyətində bərkdən söyüşün ürək sağlamlığını qorumaq üçün çıxış yolu olduğunu bildirib.


"Medicina" xəbər verir ki, kardioloq Sergey Vasilyev söyüşün həm kişi, həm də qadınlar üçün faydasından danışıb.

"Alimlər könüllülər üzərində bir neçə tədqiqat aparıblar. Bir qrupa stres zamanı emosiyaları qabartmağa, qışqırmaq və təhqir, söyüş işlətməyə icazə verilib, digər qrup isz özlərini daha çox ələ alıb, normal sözərlə etirazlarını bildirə bilərdilər.

Nəticələr göstərib ki, söyüş söyənlər stresin təsirinə daha az məruz qalıb, digər qrupda isə stresdən ürəkdə dəyişikliklər olub.

Bu məlumat göstərir ki, qadağan olunmuş leksikondan sözləri ucadan səsləndirəndə qanda stress hormonu kortizol azalır.

Bu zaman stress, qəzəb vaxtı ürək-damar sistemi daha az gərginlik hiss edir.

Stresli vəziyyətlər ürəyə çox zərərlidir. Söyüş sanki ürəyə düşən gücü azaldır, içəridəki buxarı çölə atır.
Ona görə də qəzəbli olanda bir yerə çəkilib bərkdən qışqırıb söyə bilərsiz".

Aygün Musayeva