Əsl kəllə-paça RESEPTİ – Hər qadın bişirməyi bacarmalıdır

  • 2019.11.26 17:21
  • 23061 Baxış
Əsl kəllə-paça RESEPTİ –  Hər qadın bişirməyi bacarmalıdır

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin

Medicina.az nəinki hər bir azərbaycanlı qadının, həmçinin kişisininə bacarmalı olduğu kəllə-paça reseptini təqdim edir:


Ərzaqlar: 


2 ədəd mal (dana) ayağı

su

baş soğan

duz

yumru istiot

dəfnə yarpağı

sirkə-sarımsaq və ya abqora


Hazırlanma qaydası:


Malın ayaqlarını ocaqda ütüb, bıçaqla dırnaqlarını çıxarın, tüklərini təmizləyin.

Təmizlənmiş ayaqları balta ilə 2 – 3 yerə bölün.

Dırnaqların arasını yararaq orta hissəsində olan artıq hissəni kəsib atın.


Daha sonra ayaqları isti su ilə yaxşıca yuyun. Böyük ölçülü bir qazana kəsilmiş ayaqları yığın və üzərinə su tökün


Su ayaqların üzərini 15-20 sm örtməlidir. Qazanı zəif ocağa qoyun,vaxtaşırı kəfini yığın.


Daha sonra su qaynamağa başladıqda, suyu boşlaldıb ayaqları bir daha yuyun. Qazana təmiz su töküb yuyulmuş ayaqları da əlavə edib zəif ocaqda gecədən səhərə kimi (ət sümükdən ayrılana qədər) bişirin.


Bişən xaşın içinə baş soğan əlavə edin. Bişirilməyin sonuna yaxın duz, istiot dənəsi və dəfnə yarpağı tökün.

 


Əsl kəllə-paça RESEPTİ –  Hər qadın bişirməyi bacarmalıdır
Əsl kəllə-paça RESEPTİ –  Hər qadın bişirməyi bacarmalıdır