Estoniya prezidenti özünü təcrid etdi

  • 2020.11.10 17:35
  • 5186 Baxış
Estoniya prezidenti özünü təcrid etdi

Estoniya prezidenti Kersti Kalyulayd koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

“Bu barədə prezidentin yaydığı məlumatda deyilir.

“Cümə günü Vilyandiyə səfər zamanı daha sonra COVID-19 diaqnozu qoyulmuş adamla görüşdüm. Yaxın təmas sayıldığımdan bazar etəsinə (16 noyabr) qədər təcrid olunacağam”, - o, feysbukdakı səhifəsində yazıb.

K.Kalyulaydın sözlərinə görə, onun bu həftə keçirilməsi planlaşdırılan bütün şəxsi görüşləri təxirə salınıb.