Bursada yediyi ət yeməyindən çıxan sümük qadının boğazında ilişib qalıb.
Qadın ölümdən çətinliklə xilas olub.
Medicina.az xəbər verir ki, Qurban ətini, xüsusən də sümükləri doğrayarkən diqqətli olmaq lazımdır.
Bəzi kiçik parçalar ətin arasında ilişib qala bilər. Bayramın həyəcanı və sevinci səbəbindən insanlar tez yeyə bilərlər.
Bu, ciddi risklər gətirir.
Bursada ət yeyərkən boğazına təxminən 5 santimetr sümük parçası ilişib qalan 65 yaşlı N.K. şiddətli ağrı və udma çətinliyi səbəbindən təcili olaraq xəstəxanaya aparılıb.
Qida borusunda ilişib qalmış iti sümük parçası endoskopik prosedurla çıxarılıb.
Xəstəxanadan bildirilib: "Xəstəmiz qəfil boğaz ağrısı, narahatlıq və yemək yeyərkən udma çətinliyi ilə xəstəxanamıza müraciət etdi. Udmasına kömək etmək üçün ona bir neçə dəfə su verdilər, amma o, hətta su da içə bilmədi. Təcili endoskopik müayinə zamanı qida borusunun girişində yanlara ilişib qalmış təxminən 5 santimetr uzunluğunda və hər iki ucu iti sümük parçası tapdıq. Sümük parçasını endoskopik prosedurla uğurla çıxardıq".
Aygün
Medicina.az