Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ev işi gör, arıqla… - Kök xanımlar üçün ideal araşdırma

  • 2017.09.21 16:25
  • 26349 Baxış
Ev işi gör, arıqla… -  Kök xanımlar üçün ideal araşdırma
Əksər qadınlar formada qalmaq üçün günlərinin yarısını idman zallarında keçirməli olur. Lakin araşdırmalar müəyyən edib ki, bunun üçün ev işi görmək kifayət edir.


Medicina.az xəbər verir ki, araşdırmalar yalnız ev işi görərək düzgün bədən quruluşunuzu qoruya biləcəyinizi sübut edib. Bu üsul tək qadınlar üçün deyil. Kişilərə də aid edilir. Good Housekeeping Universiteti toz almaq, yerləri süpürmək və hamamı təmizləmək kimi ev işlərinin kalori  itirmək üçün uyğun olduğunu vurğulayıb.

Araşdırmaların nəticəsi iki saat gərgin şəkildə ev işi görən qadınların təxminən 600 kalori itirdiyini göstərir. Bu miqdar 5 km-lik qaçışdan sonra itirilən 374 kkaloridən daha çoxdur.


Mütəxəssilər qeyd edirlər ki, 20 dəq ərzində hamamı təmizləməklə təxminən 100, pəncərə təmizliyi zamanı isə 115  kalori itirə bilərsiniz. 20 dəq ərzində yerləri silən xanımlarda bu göstəricinin 107,  tozsorandan istifadə edənlərin isə 86 kalori itirdikləri təsbit edilib.


Bununla da ev təmizliyindən sonra rahatlıqla istədiyiniz qidanı yeyə bilərsiniz.