Evdə doğuş edən 13 yaşlı qızla bağlı TƏBİB-dən AÇIQLAMA

  • 2022.09.07 14:19
  • 1403 Baxış
Evdə doğuş edən 13 yaşlı qızla bağlı    TƏBİB-dən AÇIQLAMA

TƏBİB 13 yaşlı qızın ana olması ilə bağlı açıqlama verib.

Qurumdan bildirilib ki, sentyabrın 6-da saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

"Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır".

Aygün Musayeva