Evdə hazırlanmış kompotun cana faydası

  • 2023.03.01 19:12
  • 3318 Baxış
Evdə hazırlanmış kompotun cana faydası

Dietoloq- endokrinoloq Yelena Syuraşkina müsahibəsində bildirib ki, təbii meyvələrdən kompotun istifadəsi mədə - bağırsaq traktının sağlamlığına faydalıdır.

“Medicina” xəbər verir ki, qurudulmuş meyvələr, giləmeyvə kompotu faydalı vitaminlər və minerallarla zənginləşdirir.

Eyni zamanda, evdə hazırlanan içkinin tərkibində süni konservantlar və boyalar yoxdur. Onun müntəzəm istifadəsi həzm sisteminin işini yaxşılaşdırmağa kömək edir.

Yüksək mineral tərkibinə görə evdə hazırlanmış kompot içmək ürək-damar sistemini də gücləndirməyə kömək edir. Həkim eyni zamanda içkinin tərkibindəki meyvələri də yeməyi tövsiyə etdi.


Həkimin sözlərinə gör, bir növ kompot uzvar adlı içki sayılır. Uzvar reseptində kişmiş, quru ərik və ya gavalı varsa, onun qəbulu anemiyanın qarşısının alınması üçün faydalı olacaq.

Sadalanan qurudulmuş meyvələrdə yüksək miqdarda dəmir var. Həmçinin, onun istifadəsi sinir sistemi və ya yuxu pozğunluqlarından əziyyət çəkən insanlar üçün tövsiyə olunur, çünki meyvələrdə çoxlu maqnezium var.

Günay