Evdə olan bu əşya təzyiqi aşağı sala bilər

  • 2026.08.18 13:05
  • 117 Baxış
Evdə olan bu əşya təzyiqi aşağı sala bilər

Yeni araşdırmaya görə, evdə HEPA filtrli hava təmizləyicisindən istifadə bəzi insanlarda qan təzyiqini azalda bilər.

Medicina.az xəbər verir ki, tədqiqatda 154 nəfər iştirak edib. Nəticələr göstərib ki, başlanğıcda sistolik təzyiqi 120 mm civə sütunundan yüksək olanlarda hava təmizləyicisindən istifadə təzyiqi orta hesabla 2,8 mmHg azaldıb.

Mütəxəssislər bildirirlər ki, xüsusilə avtomobil yollarının yaxınlığında yaşayan insanlar havadakı PM2.5 incə hissəciklərinə daha çox məruz qala bilər. HEPA filtr bu hissəciklərin bir hissəsini havadan təmizləməyə kömək edir.

Lakin alimlər vurğulayırlar ki, nəticələr hələlik hava təmizləyicisini hipertoniyanın müalicəsi kimi qəbul etməyə əsas vermir. Daha uzunmüddətli və geniş araşdırmalara ehtiyac var.

Xanım,
Medicina.az