Fəxrəddin Manafov xəstəxanaya yerləşdirildi

  • 2018.04.09 12:35
  • 18439 Baxış
Fəxrəddin Manafov xəstəxanaya yerləşdirildi

Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb.




Medicina.az Kulis.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb. 




F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: 




"Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.




Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.