Finlandiyada səmada 3 günəş göründü - Anomal hadisə

  • 25 Noy 2021 18:22
  • 791 Baxış
Finlandiyada səmada 3 günəş göründü -  Anomal hadisə
Finlandiyanın Sotkamo şəhərinin sakinləri səmada qeyri-adi atmosfer hadisəsi izləyiblər.

Medicina.az xəbər verir ki, üfüqdə gün batma zamanı eyni vaxtda 3 Günəş görünüb. Onlar qızılı halqa ilə bir-birinə bağlanıb. Əsl Günəş ortada, 2 yalançı günəş isə sağda, solda idi.

Bu təbii görüntü Pargeliy, yəni yalançıl günəşlər adlanır.

Bu hal daha çox şimal regionlarında soyuq qış günlərində atmosferdə buz kristallarında günəş işığının əksindən yaranır.
Bəzi şəkillərdə hətta kiçik 4-cü günəş də görünür.