"Fortis Academy"dən pulsuz təhsil imkanı - VİDEO

  • 2024.02.28 17:26
  • 606 Baxış
"Fortis Academy"dən pulsuz təhsil imkanı -  VİDEO
“Fortis Academy” ödənişsiz abituriyent hazırlığı üçün şagird qəbuluna start verib.


Medicina.az xəbər verir ki, şəhid, qazi və sosial həssas qrupa aid olan ailələr övladlarının ödənişsiz abituriyent hazırlığına qoşulması üçün aprel ayına qədər müraciət edə bilərlər.

Xatırladaq ki, 2019-cu ildə “Fortis Group” tərəfindən yaradılan “Fortis Academy” ölkədə analoqu olmayan təhsil müəssisəsidir. Təhsil ocağı şəhid, qazi və sosial həssas qrupa aid ailələrin övladlarının abituriyent hazırlığını tam ödənişsiz əsaslarla həyata keçirir. “Fortis Academy” az müddət fəaliyyət göstərməsinə baxmayaraq böyük uğurlar əldə edib. Artıq 3 ildir ki, abituriyentlər tələbə adını qazanmağın sevincini yaşayırlar. Akademiyanın şagirdləri yerli və beynəlxalq yarışmalarda iştirak edərək qızıl, gümüş və bürünc medallar qazanıb, qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Təhsil alan şagirdlər dərs vəsaitləri, test topluları, sənaq imtahanları və nəqliyyat xidmətləri ilə ödənişsiz qaydada təmin olunurlar.

Hazırda “Fortis Academy”ə qəbul davam edir.

Xırdalan və yaxın ərazilərdə yaşayan, qəlbi oxumaq və öyrənmək eşqi ilə döyünən şəhid, qazi, sosial təminatı zəif ailələrin övladları “Fortis Academy”nin imtahanlarında iştirak edə bilərlər.

Əlaqə:

+994 50 251 90 20