Gecə ayaq qıcolmalarına kömək edən 7 üsul

  • 2026.08.10 18:32
  • 128 Baxış
Gecə ayaq qıcolmalarına kömək edən 7 üsul

Gecə yuxudan oyadan ayaq qıcolmaları xüsusilə isti havalarda və susuzluq zamanı daha çox müşahidə oluna bilər.

Medicina.az xəbər verir ki, gecə qıcolmaları zamanı əzələni yüngül şəkildə dartmaq, masaj etmək və bir neçə addım atmaq ağrının azalmasına kömək edə bilər.

Mütəxəssislər qıcolmaların qarşısını almaq üçün aşağıdakı üsulları tövsiyə edir:

- baldır əzələsini yüngül dartmaq;
- qıcolan nahiyəni masaj etmək;
- isti və ya soyuq kompres tətbiq etmək;
- qıcolmadan sonra bir neçə addım atmaq;
- yatmazdan əvvəl baldır və bud əzələlərini dartmaq;
- gün ərzində kifayət qədər maye qəbul etmək;
- yatarkən ayağın barmaqlarının aşağıya doğru uzun müddət gərilməsinin qarşısını almaq.

Maqnezium əlavələrinin isə gecə qıcolmalarının qarşısını sistematik şəkildə aldığına dair kifayət qədər sübut yoxdur. Buna görə əlavələri həkim məsləhəti olmadan uzun müddət qəbul etmək tövsiyə edilmir.

Qıcolmaları tez-tez təkrarlanan, ayaqda şişkinlik, qızartı və istiliklə müşayiət olunan şəxslər həkimə müraciət etməlidir.

Xanım, Medicina.az