Gecə növbəsində işləmək bir qutu siqaret çəkməyə bərabərdir

  • 2021.12.20 17:10
  • 1798 Baxış
Gecə növbəsində işləmək bir qutu siqaret çəkməyə bərabərdir

Epidemiologiya üzrə mütəxəssislərin araşdırmasına görə, orqanizmin bioloji saatının davamlı olaraq pozulması, məsələn, növbəli iş qrafikiylə çalışmaq gündə bir qutu siqaret çəkməyə bərabərdir.

Medicina.azxəbər verir ki, gecələr işləməyin orqanizmə zərərini azaltmaq üçün bəzi addımlar ata bilərik.

Bəzi mütəxəssislər gecə növbələrində 20-30 dəqiqə yatmağı məsləhət görür.

Yetkin insanın orta hesabla 7-8 saat yuxuya ehtiyacı olduğu bilinsə də, hamının yuxu saatı eyni deyil.

Üstəlik, gündüz yuxusu gecə yuxusundan daha keyfiyyətsiz olur. Bu isə bədənin çox ehtiyac duyduğu istirahətdən məhrum olması deməkdir.

Səssiz, sərin və qaranlıq otaqda yatmağa çalışın. Ya qalın pərdələr, ya da göz maskası vasitəsiylə gün işığının qarşısını alın.

Otağınız çox istidirsə, yatağınızı sərinlətmək üçün bir yol tapın. Məsələn, soyuq yastıq və ya ventilyatordan istifadə edin.

Otaq temperaturunu aşağı salmaqla bədəninizi aldadıb onu yatmaq vaxtı olduğuna inandıra bilərsiz.

Bəzi ölkələr gecə növbəsinin yaratdığı riskləri nəzərə alırlar. Uzun müddət gecə növbəsində işləmiş və xəstəliyə tutulmuş şəxslər təzminat almaq hüququ qazanırlar. /aztibb.az/