Gələcək atalara xəbərdarlıq: Qidalanmanız övladınıza təsir edir

  • 2026.08.03 13:50
  • 142 Baxış
Gələcək atalara xəbərdarlıq: Qidalanmanız övladınıza təsir edir

Atanın qidalanma vərdişləri körpənin sağlamlığında mühüm rol oynaya bilər.

Medicina.az xəbər verir ki, kişinin qəbul etdiyi qidalar spermanın keyfiyyətinə və genetik xüsusiyyətlərinə təsir göstərərək gələcək övladın inkişafına təsir edə bilər.

Xüsusilə vitamin, mineral və antioksidantlarla zəngin balanslı qidalanmanın daha sağlam hamiləlik və körpənin inkişafı ilə əlaqəli olduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, sağlam həyat tərzi yalnız gələcək analar üçün deyil, atalar üçün də vacibdir. Onların fikrincə, siqaret və alkoqoldan uzaq durmaq, normal çəki saxlamaq və düzgün qidalanmaq sağlam övlad dünyaya gətirmək şansını artıra bilər.

Tədqiqat müəllifləri bildirirlər ki, gələcək valideynlərin hər ikisinin hamiləlikdən əvvəl sağlam həyat tərzinə əməl etməsi uşağın uzunmüddətli sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Medicina.az