Gəncə sakini dəm qazından boğuldu

  • 2020.02.26 17:08
  • 1904 Baxış
Gəncə sakini dəm qazından boğuldu
Gəncədə yeniyetmə dəm qazından zəhərlənib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Abbasov Sərxan Müslüm oğlu yaşadığı evin hamamında dəm qazından zəhərlənib.Dərhal xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.