Ginekomastika dəqiq müayinə tələb edir

  • 2018.03.07 16:06
  • 21704 Baxış
Ginekomastika dəqiq müayinə tələb edir
Ginekomastiya həm kişilər, həm də qadınlar arasında yayılmış problemdir. Xəstəliyin adı yunan sözü olub "gyne" qadın, "mastos" süd vəzi kəlimələrinin birləşməsindən əmələ gəlib.


Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu Günel Qəmbərova klinikanın mətbuat xidmətinə verdiyi müsahibədə ginekomastiyanın sərbəst süd vəzi xəstəliyində deyil, digər orqanların xəstəliyi zamanı meydana çıxdığını bildirib: "Ginekomastiyala çox ciddi həkim müayinəsi tələb edir, onun növlərini dəqiq ayırd etmək çox vacibdir. Qeyri-həqiqi ginekomastiyalarda süd vəzi piy toxuması hesabına böyümüş olur. Həqiqi ginekomastiyalarda isə pay daxili xırda axarların böyüməsi və birləşdirici toxumanın hipertrofiyası zamanı rast gəlinir. Daha dəqiq desək, makroskopik olaraq vəz və stromal toxumanın böyüməsi ilə xarakterizə olunur”.


Ginekomastiyanın səbəbləri haqqında danışan mammoloq-radioloq bunu – fizioloji, dərman, şişlər, endokrin zədələr, sistem xəstəlikləri, travma, süd vəzi ətrafında herpes, piylənmə və digər faktorlarla əlaqədar olduğunu söyləyib.


O, daha sonra deyib: "Bu halda həmin insanın yaşına müvafiq olaraq hormon analizləri, ultrasəs və mammoqrafiya müayinələri aparılmalıdır. Uzun illər hər hansı bir səbəbdən hormonal preparat almış kişi və ya qadında ginekomastiya və s. kimi süd vəzi xəstəlikləri və hallarının olması qaçılmazdır. Ona görə də həmin xəstələr mütləq nəzarət altında olmalıdırlar”.