Göbələyin orqanizmə müalicəvi təsiri - Ən vacib dərmanlar onlardan hazırlanır

  • 2021.04.30 17:42
  • 4644 Baxış
Göbələyin orqanizmə müalicəvi təsiri -  Ən vacib dərmanlar onlardan hazırlanır
Göbələkləri meşə bitkilərinin şahı adlandırırlar. Deyirlər, bir çox xəstəliklərin dərmanı və insan immunitetinin açarı da bəzi göbələklərdədir.

Göbələklərin faydası nədir? Hansıları zərərlidir? Və kimlərə göbələk yemək olmaz?

Medicina.az xəbər verir ki, yapon alim Tosiyuki Naqaraki son elmi araşdırmasının nəticəsində göbələyin bitdiyi yerin haqqında informasiyanı özündə toplayır və sistemləşdirir. Eləcə də onu digər nəsillərə ötürür.

Göbələklər dünyanın ən geniş yayılmış və qədim bitkisidir. Amma hələ də elmə onların 3 milyon növü məlum deyil.

Göbələyin insana faydaları:

- Göbələklərdən bir çox dərmanlar və antibiotiklər hazırlanır. Onlar statinlər və miqren, baş ağrısı dərmanlarının əsas elementidir. Ürək dərmanlarının çoxunda göbələk var.

- Alimlər nəhəng göbələklərdən biri olan Asmillaria gallicanı tədqiq edərək, onun xərçəngin dərmanı ola biləcəyini deyib

- Bəzi göbələklərdən pestisidlərin hazırlanmasında istifadə olunur
- Spirtli içkilərin istehsalında da gəbələk var

- Meşə əti adlanan insan qidasında istifadə olunan göbələklər mədə-bağırsaq üçün ağır qida hesab olubyr, gec həzm olur. Digər tərəfdən şampinyonlar həzm sistemi üçün qiymətli fermentlərlə zəngindir.

- Göbələklər vitamin, minerallarla o qədər zəngindir ki, immuniteti tam təmin edə bilir: fosfor, kaliy, maqniy, natriy, kalsium, C, A, D, B vitaminləri

- Böyük insan birdəfəyə 150 qramdan artıq göbələk yeməməlidir. Bundan artıq orqanizmə zərərlidir.
- 5 yaşından aşağı uşaqlara isə göbələk olmaz.

Bəzi zəhərli göbələklər dəri xəstəlikləri, daxili orqanların zədələnməsi, mikozlar yarada bilər.
Hər gün göbələk yemək olmaz.