Goranboyda məktəbli öldü - Səbəbi bilinmir

  • 2022.09.22 09:37
  • 1656 Baxış
Goranboyda məktəbli öldü -  Səbəbi bilinmir
Goranboy rayonunda 12 yaşlı uşaq yaşadığı evdə ölüb.


"Qafqazinfo" xəbər verir ki, Aşağı Ağcakənd kəndində 2010-cu il təvəllüdlü Mustafayev Taleh Mustafa oğlu vəfat edib.


Orta məktəbin 6-cı sinif şagirdi olan 12 yaşlı Talehin hansı səbəbdən vəfat etməsi məlum deyil.


Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.