Görkəmli alim xərçəngdən vəfat etdi

  • 2024.01.25 13:31
  • 2166 Baxış
Görkəmli alim xərçəngdən vəfat etdi
Görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, “Tərəqqi” medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini fil.ü.e.d., professor Paşa Kərimov ömrünün 65-ci ilində vəfat edib.



"Medicina" xəbər verir ki, o, onkoloji xəstəlikdən vəfat edib.


Paşa Kərimov 2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür. Prezident İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində “Elm və texnologiya” nominasiyası üzrə xüsusi mükafata layiq görülmüşdür.

Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi.

Allah rəhmət eləsin!