Göyçayda hamilə qadın qəfil öldü

  • 2023.01.17 09:36
  • 401 Baxış
Göyçayda hamilə qadın  qəfil öldü
Göyçay rayonunun Çərəkə kəndində hamilə qadın yaşadığı evdə qəfil dünyasını dəyişib.

Medicina.az Report-a istinadən xəbər verir ki, kənd sakini, 26 yaşlı Fidan Müzəffər qızı Kərimova evin hamam otağında olarkən qəflətən halı pisləşib və o yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü məlum olub.

Qeyd edək ki, 8 aylıq hamilə F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyünü aşkar ediblər.

F.Kərimovanın ölüm səbəbi hələ məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.