Gözdə kataraktanın ilkin əlamətləri

  • 2024.01.11 15:22
  • 771 Baxış
Gözdə kataraktanın ilkin əlamətləri
Katarakta təkcə yaşlılarda qocalıq xəstəliyi deyil, o gənclərdə də görünür.


“Medicina” xəbər verir ki, oftalmoloq Maksim Ladanov kataraktanın ən birincili simptomlarını açıqlayıb.

“Katarakta başlayanda insan ətrafdakı rəngləri daha tutqun, solğun görür, gecələr görmə itiliyi isə azalır.


Dumanlı görmə kataraktanın əsas simptomudur. Bu problemdə görmə keyfiyyəti ildən-ilə düşəcək, ona görə vaxtında həkimə getmək lazımdır.


Müalicə üçün müasir metodlardan biri fakoemulsifikasiyadır, bu metodu cərrahlar çox sevir. Bu zaman kəsik və qan olmadan bulanıq büllur çıxarılır və süni büllur yerləşdirilir”.

Aygün