Gözlə beyin arasında əlaqənin pozulduğu xəstəlik

  • 2026.01.13 15:07
  • 80 Baxış
Gözlə beyin arasında əlaqənin pozulduğu xəstəlik


Göz tənbəlliyi gözdə göz ilə beyin arasında əlaqənin pozulması nəticəsində yaranır. Uşaqlıqdan əgər iki gözdən biri zəif görərsə və bu uzun müddət müalicəsiz davam edərsə, beyin ilə həmin göz arasında əlaqə zəifləyir və göz tənbəlləşmiş (ambliop) olur. Belə ki, beyin yalnız yaxşı görən gözlə olan görüntünü qəbul etməyi öyrəşir və digər gözlə işləməməyə başlayır. Belə gözdə eynəklə belə görmə artmır.


Medicina.az xəbər verir ki, tənbəl gözün 3 əsas səbəbi var: sıx rast gəlinən görmə anomaliyası (refraktiv qüsur), çəplik və nadir hallarda anadan gəlmə katarakta (mirvari suyu).

Valideynlər adətən uşaqlarda göz qırpmalarının olmasını, uzağa baxan zaman başının əymiş vəziyyətdə baxdığını, gözlərində ağrı, yorğunluq, baş və boyun ağrılarının olmasını qeyd edirlər.

Ambliopiyanın erkən aşkarlanması onun müalicəsini kifayət qədər asanlaşdırır. Zamanında təyin edilən göz tənbəlliyi 7-8 yaşa qədər tam müalicə oluna bilər. Bunun üçün hər bir uşaq ən azı ildə bir dəfə göz müayinəsi olmalıdır.
Ambliopiyanın müalicəsində əməliyyata bir o qədər yer verilmir. Əsasən eynək və yaxşı görən gözü müəyyən vaxt qapamaqla, tənbəl gözün məşq etdirilməsinə üstünlük verilir. Əgər qapanma zamanında və düzgün əməl edilsə, ambliopiya (tənbəl göz) müalicə olunmuş olur.

medicina.az