Gözləriniz yaşınızı göstərir - Sallanmış göz qapaqları, qırışlar...

  • 2026.03.18 20:33
  • 270 Baxış
Gözləriniz yaşınızı göstərir -  Sallanmış göz qapaqları, qırışlar...

Göz ətrafına qulluq və diqqətli həyat tərzi sağlam və gənc görünüş üçün vacibdir.

Medicina.az xəbər verir ki, türkiyəli estetik və plastik cərrahiyyə mütəxəssisi Dr. Ufuk Əsgəroğlu qadınların və kişilərin daha canlı gözlərə sahib olmaq üçün nə etməli olduqları barədə vacib məlumatları paylaşıb:

"Göz ətrafındakı qırışlar qocalmanın ən bariz əlamətlərindəndir. Bu qırışlar zamanla dərinləşə və insanın yaşını ortaya çıxara bilər. Yorğunluq, stress və yuxu çatışmazlığı göz altı torbalara və tünd dairələrə səbəb ola bilər. Bu, insanı daha yaşlı və daha yorğun göstərər. Sallanmış göz qapaqları gözləri kiçik və cansız göstərə və qocalıq təəssüratı yarada bilər.

Gözləriniz yaşınızı və sağlamlığınızı əks etdirən vacib bir sahədir. Sağlam həyat tərzi sürməklə və göz ətrafına müntəzəm qulluq etməklə daha gənc və daha canlı bir görünüş əldə edə bilərsiniz. Günəşdən qorunma, düzgün qidalanma, idman və yuxu rejimi kimi amillər gözlərinizin daha canlı və gənc görünməsinə kömək edə bilər".

Mütəxəssis əlavə edib:

"Gündəlik olaraq göz ətrafı üçün xüsusi olaraq hazırlanmış nəmləndiricilərdən və göz kremlərindən istifadə etmək vacibdir. Bu məhsullar qırışları azaldar və göz ətrafındakı dərini qidalandırar. Günəşin zərərli UB şüaları göz ətrafındakı dərinin qocalmasını sürətləndirə bilər. Buna görə də günəşdən qoruyucu günəş eynəyi taxmaq və günəşdən qoruyucu krem ​​çəkmək vacibdir.

Antioksidantlarla zəngin qidaların qəbulu göz sağlamlığını və ümumi dəri sağlamlığını dəstəkləyər. C vitamini, E vitamini və beta-karoten ehtiva edən qidalar bu baxımdan faydalıdır. Kifayət qədər və müntəzəm yuxu almaq göz altı torbalarını və tünd dairələri azaltmağa kömək edər. Həmçinin, yuxu çatışmazlığı yaşlanma əlamətlərini artırar. Göz əzələlərini gücləndirmək və göz ətrafında qan dövranını yaxşılaşdırmaq üçün xüsusi göz məşqləri etmək faydalı ola bilər. Bu məşqlər gözlərinizin daha canlı və təravətli görünməsinə kömək edəcək.

Müəyyən hallarda müalicə prosedurları göz ətrafında yaşlanma əlamətlərini azalda bilər. Sallanmış göz qapaqları üçün göz qapağı əməliyyatı nəzərdən keçirilə bilər. Lakin, bu cür prosedurlardan keçməzdən əvvəl mütəxəssis həkimlə məsləhətləşmək vacibdir", deyə o, bildirib.

Aygün
Medicina.az