- 90 nəfəri qanunsuz işlədirmişlər“Grand hospital”da yoxlama

  • 2018.02.27 17:35
  • 15526 Baxış
 - 90 nəfəri qanunsuz işlədirmişlər “Grand hospital”da yoxlama
Cari ilin yanvar ayı ərzində Azərbaycan Vergilər Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən "Grand Hospital"da qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib.


Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən Medicina.az-a verilən məlumata görə, hospital cərimə edilib. Vergi nəzarəti tədbirləri zamanı 90 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib.


Qeyd edək ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.