Güclü geomaqnit qasırğası gözlənilir

  • 2026.06.08 11:24
  • 104 Baxış
Güclü geomaqnit  qasırğası gözlənilir

8-9 iyun tarixlərində güclü geomaqnit qasırğası gözlənilir.

Medicina.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, proqnoz günlərində (8-14 may) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Günəş küləyinin də 6 iyunda baş vermiş TKA-nın təsirilə 8-9 iyunda normadan yüksək olacağı gözlənilir.