Yer kürəsinə yenidən maqnit qasırğası yaxınlaşır.
"Medicina" xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından məlumat verilib.
Geomaqnit dalğalanmaları iyunun 1-də səhər saatlarından başlayacaq.
Bu qasırğanın gücü G1 sinfinə bərabər olacaq. Qasırğa meteohəssas insanlarda zəiflik, təzyiq dəyişiklikləri və başağrılarına səbəb ola bilər.
Maqnit qasırğası başa çatdıqdan sonra iyunun 2-dən 6-na kimi geomaqnit indeksi daha beş gün gərgin qalacaq.