Gündə 2 qaşıq sirkə bu dərdin dərmanıdır

  • 2022.10.06 15:31
  • 3402 Baxış
Gündə 2 qaşıq sirkə bu dərdin dərmanıdır


Sirkə qana bir sıra kimyəvi maddələrin sıçrayışını təmin edir ki, nəticədə arterial təzyiq enir.

"Medicina" xəbər verir ki, həkim nutrisoloq İqor Strokov hər gün 2 qaşıq sirkəni qidalara qatıb qəbul etmək 2 həftə ərzində təzyiqi təhlükəli həddən təhlükəsiz rəqəmlərə endirə bilir.

"Sirkədə olan maddələr qan damarlarını boşaldır, rahatladır. Təxminən cəmi 30 ml sirkəni gün ərzində qidalara, şorbalara, suya qataraq qəbul etmək təzyiq xəstələrinə dərman təsiri verir.

Bu effekti yaradan polifenoldur. O oksid azot kimi rahatladıcı maddə sintez edir.

Polifenollar hüceyrələrin işini stimuilə edir, qanın qatılaşmasını tənzimləyir.

Bu hüceyrələr yaxşı işləmədikdə, damarların daralması baş verir, nəticədə təzyiq yüksəlir.

Eləcə də xəstələr yağları azaltmalı, liflə zəngin qidalar, tərəvəzlər yemək də təzyiqi salır".

Aygün Musayeva