Son tədqiqatlar sayəsində balqabaq toxumları sağlamlığın gizli qəhrəmanı kimi ortaya çıxır. Həm ləzzətli qəlyanaltı, həm də mətbəxlərdə tez-tez istifadə edilən bu qida maddəsi sağlamlıq problemlərinə təbii bir həll yolu təqdim edir.
Medicina.az xəbər verir ki, son elmi tədqiqatlar balqabaq toxumlarının sağlamlığa təsirini daha aydın şəkildə ortaya qoyur. Yüksək qida dəyəri olan bu kiçik, lakin güclü toxumlar həm ləzzətli qəlyanaltı, həm də sağlam həyatın açarı təklif edir.
Sağlam yağ turşuları, yüksək protein, lif, vitaminlər və minerallarla zəngin olan balqabaq toxumları ürək sağlamlığından həzm sisteminə, qan şəkərinin tənzimlənməsindən antioksidantların təmin edilməsinə qədər bir çox fayda verir.
Prof. Dr. Osman Müftüoğlunun da tövsiyə etdiyi kimi, balqabaq toxumlarını qabıqları ilə yemək bu faydaları maksimum dərəcədə artırır. Lakin, hər şeydə olduğu kimi, balqabaq toxumlarını həddindən artıq istehlak etməmək vacibdir. Çünki həddindən artıq qəbul dəri problemlərinə, çəki artımına və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Dəmir çatışmazlığı bu gün bir çox insanın üzləşdiyi bir problemdir. Yorğunluq, halsızlıq və zəiflik kimi simptomlarla özünü göstərən bu vəziyyət xüsusilə qadınlar arasında yayqındır.
Professor Dr. Müftüoğlu, balqabaq toxumlarının dəmir çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayır. Balqabaq toxumları bitki mənşəli dəmirin zəngin mənbəyidir və onları, xüsusən də qabıqları ilə birlikdə istehlak etmək dəmir qəbulunu artırır. Sosial mediada izləyiciləri ilə sağlamlıq məlumatlarını paylaşan Müftüoğlu, bu toxumların müalicəvi xüsusiyyətlər xəzinəsi olduğunu bildirir. Xüsusilə balqabaq toxumları, serotonin və melatonin istehsalına kömək edən maqnezium, dəmir və triptofan kimi komponentlər sayəsində günəbaxan toxumları ilə müqayisədə daha zəngin tərkibə malikdir. Müftüoğlu, balqabaq toxumlarının axşam qəlyanaltıları arasında əsas seçim olmasını təklif edir.
Aygün
Medicina.az