Gündə nə qədər şokolad yeyə bilərik?

  • 2022.09.15 16:01
  • 2428 Baxış
Gündə nə qədər şokolad yeyə bilərik?


Gündə sağlamlıq və bədənə zərər vermədən ancaq 20 qr tünd şokolad yeyə bilərsiz.


"Medicina" xəbər verir ki, həkim qastroenteroloq Nuriya Danilova maksimal sutkalıq dozanı açıqlayıb.

Tünd təbii şokoladda 50% kakao var.

Gündə bir plitka şokolad yemək olduqca zərərlidir.

20-30 qram sağlam insan üçün normadır. Onu da birdəfəyə yemək olmaz.

Şokoladı əsas yeməkdən 15 dəqiqə sonra yemək lazımdır.

Çay yanında 1 tikə şokolad və ya konfet yetərlidir.

Bu zaman qanda kəskin şəkər artımından qorunmaq olar.

İşdə fasilələrdə tez-tez çay və qəhvə ilə şirniyyat yemək diabetə səbəb olacaq.

Adətən stress, xroniki yuxusuzluq və depressiyada olanda orqanizm şirniyyat tələb edir.


Aygün Musayeva