Günün ikinci yarısında yatmaq olarmı?

  • 2023.04.28 15:38
  • 1673 Baxış
Günün ikinci yarısında yatmaq olarmı?
Gərgin iş günündə bir neçə dəqiqə gözlərinizi yummaq yaxşı fikir olsa da, gündüz yuxularının həm müsbət, həm də mənfi təsirləri var. Bəs tibbi baxımdan gündüz yatmaq bizə nə verir?


“Medicina” xəbər verir ki, günün ortasında şirin bir yuxuya getməzdən əvvəl düşünün: əslində, yatmaq istəməyinizə səbəb nədir?

Əgər bir gecə əvvəl işləmisinizsə, növbədə olmusuzsa və ya körpə uşağınız varsa, gün ərzində yatmaq istəyi normaldır və lazımdır.

Gündüz yuxusunun mənfi cəhətləri:

1. "Yuxulu beyin" - Belə adam gün ərzində başı dumanlı, yuxulu, pis-əhval ruhiyyədə ola bilər. Çünki yuxudan sonra toparlanıb işləri bitirmək çətindir. Günün sonuna qədər tamamlanmalı iş və ya tapşırıqlarınız varsa, bu problemə çevrilə bilər.

2. Gecələr yatmaqda çətinlik - Gün ərzində uzun müddət yatsanız belə problemlərlə qarşılaşa bilərsiniz.

Yuxusuzluqdan əziyyət çəkirsinizsə və ya gecələr pis, yatırsınızsa, tez-tez oyanırsınızsa, gündüz yuxusundan tamamilə imtina etmək yaxşıdır, çünki bu problemi pisləşdirəcək.

Gecə yuxusu ilə bağlı probleminiz yoxdursa, gündüz yuxusu çox qısa olmalıdır.

Gündüz yuxusunun faydaları:

əhval-ruhiyyəni yaxşılaşdırır;
reaksiyanı sürətləndirir
yaddaşı yaxşılaşdırır;
diqqətli artırır;
enerji verir;
gün ərzində dincəlməyə imkan verir.

Nə vaxt uzanıb bir az yatmaq faydalıdır?

emosional və ya fiziki gücünüzün tükəndiyini hiss edirsinizsə;
gün ərzində çox az yatmısınızsa, məsələn, yolda olduğunuz və ya işlədiyiniz üçün;


Gündüz yuxusunu faydalı etmək üçün şərtlər:

Yatmaq üçün qısa vaxt ayırın - ən çoxu 1 saat
Minimum işıqlandırmalı, sakit, sərin yer tapın.
Oyanmaq üçün özünüzə vaxt verin.

Günay Quluzadə