Gürcüstan İrandan qayıdan vətəndaşlarını ölkəyə buraxmadı- QƏTİ QADAĞA

  • 2020.02.27 18:47
  • 3392 Baxış
Gürcüstan İrandan qayıdan vətəndaşlarını ölkəyə buraxmadı - QƏTİ QADAĞA

İranda səfərdə olan bir neçə Gürcüstan vətəndaşına koronavirusa yoluxma şübhəsi ilə vətənlərinə qayıtmağa izn verilməyib.

Medicina.az xəbər verir ki, nfeksiyanın inkubasiya dövrü hələ keçmədiyi üçün onlara yoluxucu xəstəliklər xəstəxanasına getmək təklif edilib.

Onlarda yüksək temperatur və ölümcül virusun digər əlamətlərinin görünmədiyi vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda SARS-CoV-2 koronavirusuna ilk yoluxma halı qeydə alınıb. Virusa yoluxmuş Gürcüstan vətəndaşları İrandan Azərbaycan ərazisi vasitəsi ilə ölkəyə keçib. Bundan sonra Gürcüstan hökuməti İran vətəndaşlarının ölkəyə girişini iki həftə müddətinə qadağan edib.

Bundan əlavə, Gürcüstan vətəndaşlarına da İrana getmək müvəqqəti olaraq yasaqlanıb. Buna qədər isə ölkələr arasında birbaşa uçuşlar məhdudlaşdırılmışdı.