Gürcüstan tibbi maska istehsalına başlayır

  • 2020.03.02 13:47
  • 4827 Baxış
Gürcüstan tibbi maska istehsalına başlayır
Gürcüstanda iki şirkət tibbi maskaların istehsalına maraq ifadə edib.

Medicina.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən yerli “IPN” agentliyinə bildirilib.

Hər iki şirkətə müvafiq icazə verilib və onlar artıq istehsal avadanlığının təchizatı prosesinə başlayıb. Səhiyyə Nazirliyi şirkətlərə tibbi maska istehsalına mümkün olduğu qədər tez başlamağı tapşırıb.

Qeyd edək ki, qonşu ölkədə ciddi tibbi maska qıtlığı yaşanır.